ABŞ regional sabitliyin möhkəmlənməsi üçün Türkiyə ilə birgə işləməyə sadiq qalır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrak "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, daha əvvəl onun Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada görüşü baş tutub.
"Nazir Fidan, sizə Ankarada məhsuldar və səmimi söhbətə görə təşəkkür edirəm. ABŞ Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir və regional sabitliyin möhkəmlənməsi, ortaq problemlərin həlli, o cümlədən Suriyada davam edən səylərimiz üzrə birgə işləməyə sadiq qalır", - paylaşımda deyilir.