IMG-LOGO

AAYDA Şuşa şəhəri istiqamətində gedəcək sürücülərə xəbərdarlıq edib

14 Jan 2026 20:26 5 baxış
IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.

Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti