IMG-LOGO

“Gitarada ifa etməyi "YouTube"dan öyrənmişəm" - Cavidan Fatihi

14 Jan 2026 18:06 3 baxış
IMG
0 0

Müğənni Cavidan Fatihi musiqi karyerasına necə başladığını açıqlayıb.

Lent.az xəbər verir ki, APA TV-nin “Söz arasında” verilişinin qonağı olan sənətçi gitarada ifa etməyi öz-özünə öyrəndiyini bildirib.

Onun sözlərinə görə, ilk musiqi biliklərini əsasən “YouTube” platformasındakı videolar vasitəsilə əldə edib. Cavidan Fatihi qeyd edib ki, səhnə təcrübəsini isə ilk dəfə küçə ifaları ilə qazanıb:

“Mən gitarada ifa etməyi "YouTube"dan öyrənmişəm, ilk dəfə isə küçədə çıxış etmişəm”, - müğənni vurğulayıb.

O, küçə musiqisinin onun formalaşmasında mühüm rol oynadığını, canlı auditoriya qarşısında ifa etməyin böyük təcrübə qazandırdığını da əlavə edib.  

Sizin brauzer video tagını dəstəkləmir. Cavidan Fatihi APA TV

Xəbər lenti