IMG-LOGO

Ötən ilin noyabrında BTC ilə neft ixracı 10 % artıb

14 Jan 2026 17:24 3 baxış
IMG

2025-ci ilin noyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 550 min barel təşkil edib.

"Report" bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.

Oktyabr ayı ilə müqayisədə noyabr ayında BTC ilə neft nəqli 10 % və ya gündəlik 49 min barel artıb.

2024-cü ilin noyabr ayı ilə müqayisədə 2025-ci ilin eyni dövründə boru kəməri ilə neft nəqli 16 % və ya 106 min barel azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

Xəbər lenti