2026-cı ildə qlobal neft tələbatı gündəlik 1,38 milyon barel artaraq sutkada 106,52 milyon barelə çatacaq.
"Report" xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilib.
OPEC-in cari hesabatında neft tələbatı ilə bağlı proqnozları ümumiyyətlə dəyişdirilməyib. Proqnozlar 2025-ci il üçün gündəlik 105,14 milyon barel, 2026-cı il üçün isə gündəlik 106,52 milyon barel səviyyəsində saxlanılıb.
Bundan əlavə, təşkilat 2027-ci il üçün neft tələbatına dair ilk qiymətləndirməsini açıqlayıb - gündəlik 107,86 milyon barel, bu da 2026-cı ilin proqnoz səviyyəsinə nisbətən gündəlik 1,34 milyon barel artım deməkdir.