IMG-LOGO

Azərbaycanlı kişini rusiyalı qadınla evlənməyə qoymadılar

14 Jan 2026 16:52 3 baxış
IMG
3 0

Rusiyanın Tümen şəhərində Leninski Rayon Məhkəməsi 37 yaşlı Azərbaycan vətəndaşı ilə şəhərin 37 yaşlı sakini arasında bağlanmış saxta nikahı etibarsız hesab edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, iddianı miqrasiya qanunvericiliyinə əməl olunmasının yoxlanılmasından sonra Tümenin Leninski inzibati dairəsinin prokuroru qaldırıb.

Prokurorluqdan bildirilib ki, nikah ailə qurmaq niyyəti olmadan bağlanıb. Dairə prokuroru Tümen məhkəməsinə nikahın bağlandığı gündən etibarən etibarsız sayılması və nikahın qeydə alınması barədə akt qeydinin ləğvi üçün iddia ərizəsi ilə müraciət edib.

Nəzarət qurumunun məlumatına görə, 2023-cü ildə həmin kişi tümenli qadına münasibətləri rəsmiləşdirməyi təklif edib ki, bu yolla müvəqqəti yaşama icazəsini, daha sonra isə yaşayış icazəsini (vəsiqəsini) daha asan ala bilsin. Prokurorluq xatırladıb ki, “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” federal qanuna əsasən, Rusiyada yaşayış yeri olan RF vətəndaşı ilə nikahda olan əcnəbiyə hökumətin müəyyən etdiyi kvota nəzərə alınmadan müvəqqəti yaşama icazəsi verilə bilər.

Hadisələr

Xəbər lenti