IMG-LOGO

ABŞ-nin ələ keçirdiyi "Marinera" tankeri Şotlandiya sahillərinə çatıb

14 Jan 2026 15:03 3 baxış
IMG

"Marinera" neft tankeri Şotlandiyanın şimal-şərq sahillərindəki Mori-Fert körfəzi ərazisinə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Navy Lookout" nəşri bildirib.

Tanker indiyədək ABŞ sahil mühafizəsinin "USCG Munro" gəmisinin müşahidəsi altında olub, həmin gəmi bir neçə həftə ərzində tankerin Karib dənizindən Şimali Atlantikaya doğru hərəkətinə nəzarət edib.

Xatırladaq ki, ABŞ yanvarın 7-də Böyük Britaniyanın yaxınlığında Şimali Atlantikada "Marinera" neft tankerini nəzarətə götürüb. Adı "Bella 1"dən "Marinera"ya dəyişdirilmiş gəmi ötən ay Venesuela sahillərində ABŞ-nin sahil mühafizəsi tərəfindən təqib edilib.

Gəmidə 28 nəfər olub. Ağ Ev bildirib ki, məhkəmə qanunları pozduqları üçün heyət üzvlərinin həbsi haqqında order verib, onlar araşdırma üçün ölkəyə gətirilməlidirlər.

Xəbər lenti