Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt/saat (0,9 %) artaraq 28 milyard 657,5 milyon kVt/saat olub.
Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir. Bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 24 milyard 823,4 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 842,5 milyon kVt/saat, digər mənbələr üzrə isə 991,6 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında (KES) 169,7 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 599,8 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt/saat artımla 769,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı "AzərEnerji" ASC üzrə 25 milyard 591,8 milyon kVt/saat (İES-lərdə 22 milyard 703,6 milyon kVt/saat, SES-lərdə 2 milyard 827,1 milyon kVt/saat, GES-lərdə 61,1 milyon kVt/saat), "Azərişıq" ASC üzrə KES-lərdə 27 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 milyard 38,7 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt/saat, idxalı isə 177,2 milyon kVt/saat olub.