IMG-LOGO

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

14 Jan 2026 10:41 3 baxış
IMG

Ötən il Azərbaycanda 48 min 446 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanların böyük hissəsi it dişləmələri ilə bağlı olub və bu səbəbdən 32 min 194 nəfər zərər çəkib.

Məlumata görə, keçən il ərzində insanlar arasında bir quduzluq hadisəsi qeydə alınıb.

Xəbər lenti