IMG-LOGO

ADY hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

14 Jan 2026 09:45 3 baxış
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

Xəbər lenti