Rusiyanın Rostov-na-Donu şəhərində bir neçə çoxmənzilli bina endirilən hava zərbəsi nəticəsində zərər görüb.
"Report" "RBC"yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Skryabin məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində sənaye müəssisəsinin binaları da yanıb.
Regionun qubernatoru Yuri Slyusar Rostov-na-Donuda hava hücumunun dəf edildiyini təsdiqləyib: "Xilasedicilər hazırda şəhərin qərb hissəsindəki sənaye müəssisəsində baş verən yanğını söndürürlər".
Qubernator əlavə edib ki, təcili yardım briqadaları həmçinin çoxmərtəbəli binalardakı yanğınlarla bağlı Leventsovski mikrorayonuna da cəlb edilib.