IMG-LOGO

Ukrayna ABŞ-dən silah alışı üçün 15 milyard avro ala bilər

14 Jan 2026 03:50 4 baxış
IMG

Niderland Ukraynaya ABŞ-dan silah almaq üçün 15 milyard avro (90 milyard avro kreditdən- Qeyd) təklif edib.

"Report" xəbər verir ki, bu barədə "Algemeen Dagblad" (AD) nəşri məlumat yayıb.

Qeyd olunub ki, Niderland hökuməti Avropa İttifaqı müdafiə sənayesinin ABŞ-dakı sistemlərə ekvivalent silahlar istehsal edə bilməyəcəyinə əmindir. 2025-ci ilin sonunda Avropa Birliyi ölkələri Ukraynaya 90 milyard avro vəd edib.

Nəşr bildirib ki, 14 yanvar çərşənbə günü Avropa Komissiyası ilk təklifi kağız üzərində dərc edəcək və bundan sonra üzv dövlətlər razılığa gəlməlidirlər.

Nəşrin məlumatına görə, vəsait mart ayının sonundan gec olmayaraq Kiyevə köçürüləcək. Bu arada, kredit şərtləri ilə bağlı pərdəarxası müzakirələr gedir. Bir tərəfdə Niderland, Almaniya və Baltikyanı ölkələr, digər tərəfdə isə Fransa var.

Məqalədə izah olunub ki, fransızlar Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avropa silahlarını alın" şüarı altında milyardlarla dolları yalnız Qərbdə xərcləməsini istəyirlər.

Xəbər lenti