IMG-LOGO

Bu kralın ürəyindən boya hazırladılar - TARİXİ RƏSM ƏSƏRİ

18.01.2024 06:00 48 baxış
IMG

Fransa kralı XIII Lüdoviq və oğlu XIV Lüdoviqin ürəkləri barədə gəzən əfsanələr təsdiqini tapıb.

Lent.az xəbər verir ki, Orta əsr Avropa rəssamları rəngə parlaqlıq vermək və qəhvəyi rəng tonu almaq üçün Misirdən gələn mumiyaları emal edərək bitki yağı ilə qarışdırırdılar. Lakin 1789-cu il inqilabından sonra Misirdən mumiya gətirmək mümkün olmur və bu zaman dələduzlar, işbazlar dövriyyəyə girir. Onlar fransız zadəganlarına məxsus mumiyalardan hissələr oğurlayaraq rəssamlara satırlar. 

İnqilabdan sonra kral XIII Lüdoviq və oğlu XIV Lüdoviqin mumiyaları sarkofaqdan çıxarılaraq təhqir edilir və ümumi məzarlıqda dəfn olunur. Lakin bir nəfər fürsətdən istifadə edərək onların mumiyalanmış cəsədlərindən ürəklərini çıxarmağa nail olur. 

Ürəklərin rəsm əsərində boya kimi istifadəsinə dair uzun müddət dolaşan əfsanəyə son qoyulub. Son analizlər rəssam Martin Drollinqin (1789-1851) əsərlərindəki boyanın tərkibində insanın ürək toxumalarını aşkara çıxarıb. Üstəgəl, boyada aşkar edilən kirəcləşmə daha bir faktı sübut edir: bu hal qocalarda müşahidə edilir, deməli boyada 76 yaşında ölən oğlun ürəyindən istifadə edilib. 43 yaşında ölən atanın ürəyinin istifadə edildiyi rəsmləri analiz etmək üçünsə Luvr muzeyinin icazəsi lazımdır.

Xəbər lenti