Pilotsuz uçuş aparatı Yəmənin Ədən limanından 60 dəniz mili cənub-şərqdə gəmiyə hücum edərək, nəticədə yanğın olub.
“Report” xarici KİV-ə xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, PUA gəminin sol tərəfinə hücum edib.
Koordinasiya Mərkəzi insidentin araşdırılacağını bəyan edib. Gəmilərə əraziyə daxil olarkən ehtiyatla üzmək tapşırılıb.
Yanvarın 16-da Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində gəmiyə hücum barədə məlumat vermişdi. Sonra Britaniyanın “Ambrey” şirkəti Yəmən sahillərində Malta bayrağı altında “Zogarafia” yük daşıyıcısına raketin düşməsi barədə məlumatı təsdiqləyib. Gəmiyə cüzi ziyan dəyib.
Bundan əvvəl Yəmən sahillərində Amerika gəmisi raketlə vurulub.
Bizim WhatsApp kanalımıza abunə olun