ABŞ və Qətər çərşənbə axşamı Yaxın Şərqdə hava və raketdən müdafiə sistemlərini gücləndirmək üçün Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasında yeni koordinasiya ofisinin açıldığını elan ediblər.
"Report" xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri məlumat yayıb.
Beləliklə, birləşmiş HHM əməliyyatları ofisi (MEAD-CDOC) birləşmiş hava əməliyyatları mərkəzində (CAOC) yerləşir. 20 ildən çox əvvəl Qətərdə yerləşən CAOC-a hazırda Yaxın Şərq bölgəsində hərbi hava hücumundan müdafiə vasitələrinin istifadəsini əlaqələndirən 17 ölkədən nümayəndə daxildir.
Mərkəzin istifadəyə verilməsi ilə bağlı şərh verən ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper qeyd edib ki, bu, bölgədə hava hücumundan müdafiə sistemlərinin daha planlaşdırılmış işləməsini təmin etmək istiqamətində atılmış əhəmiyyətli bir addımdır.
Mərkəzin açılışı ABŞ-nin kütləvi hökumət əleyhinə etirazların davam etdiyi İrana qarşı güc tətbiqi də daxil olmaqla, əlavə tədbirlər üçün variantları nəzərdən keçirdiyi bir vaxtda baş tutub.
Nəşr qeyd edib ki, regionda vəziyyətin gərginləşməsi Qətərə də təsir edə bilər. 2025-ci ilin iyun ayında İran ABŞ-nin zərbələrinə cavab olaraq Əl-Udeyd hava bazasına raketlərlə hücum edib.