IMG-LOGO

Marko Rubio Ermənistan XİN başçısı ilə görüşüb

13 Jan 2026 22:51 3 baxış
IMG

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

"Report" xəbər verir ki, juranlistlərə verdiyi qısa açıqlamada Rubio bildirib ki, tərəflər tarixi razılaşmaların bir hissəsi olaraq 2025-ci ilin avqust ayında ABŞ, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış sənədin həyata keçirilməsi üçün bu gün də işlərini davam etdirəcəklər:

"Biz səmimi qəlbdən inanırıq ki, bu müqavilə nəticədə bütün dünya üçün bir modelə, iqtisadi fəaliyyətə və rifaha qapı açmağın bir nümunəsinə çevriləcək. Bu, əla bir nümunədir. İnanırıq ki, bu, Ermənistan üçün, ABŞ üçün, iştirak edən hər kəs üçün faydalı olacaq. Amma nəticə etibarilə, bu, dünya üçün bir modeldir. Biz bu işə dərindən sadiqik və bu gün irəliləməyə davam etmək üçün vacib addımlar atırıq".

Xəbər lenti