Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Qəzza zolağını müvəqqəti idarə edəcək şuranın tərkibinə daxil olmaq təklifini qəbul etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Qeyd olunub ki, K.Starmer dəvəti qəbul etməyə hazırdır və D.Tramp şuranın tərkibini artıq bu həftə elan edə bilər. Lakin rəsmi London bildirilib ki, baş nazirə hələ rəsmi dəvət göndərilməyib və danışıqlar davam edir.
Şuranın tərkibinə Almaniya, İtaliya, Fransa, Misir, Türkiyə, BƏƏ və Qətər daxil olmaqla təxminən 15 ölkənin liderlərinin daxil edilməsi planlaşdırılır. Britaniya mənbəyi bildirib ki, şura üzvlərinin ilk görüşünün növbəti həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda olacağı gözlənilir.
"Qəzza üzrə sülh şurası" blokadada olan regionun bərpası ilə bağlı qərarlar qəbul edəcək.