IMG-LOGO

Ali Rada Şmıqalı baş nazirin müavini təyin edə bilməyib

13 Jan 2026 19:11 2 baxış
IMG

Ukrayna Ali Radası Denis Şmıqalı baş nazirin birinci müavini, energetika naziri vəzifəsinə təyin edə bilməyib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Müvafiq 14378 saylı qərar layihəsi üçün bu gün 210 millət vəkili səs verib, qərarın qəbul edilməsi üçün isə ən azı 226 səs lazımdır.

Daha əvvəl Ali Rada Şmıqalın 17 iyul 2025-ci ildən bəri tutduğu müdafiə naziri vəzifəsindən azad edilməsini dəstəkləmişdi.

Xəbər lenti