HƏMAS hərəkatı bu ay ərzində yeni lider seçməyi planlaşdırır.
"Report"un məlumatına görə, bunu "Reuters" agentliyinə təşkilatdakı iki mənbə bildirib.
Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur.
Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur.
Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya daxildir. Onun sələfi İsmayıl Haniyə isə 2024-cü ildə İrana səfəri zamanı İsrail tərəfindən öldürülmüşdü.
Mənbələrin sözlərinə görə, seçki prosesi artıq başlayıb. HƏMAS lideri 50 nəfərlik Şura tərəfindən gizli səsvermə yolu ilə seçilir.