IMG-LOGO

Blinken təyyarənin xarab olması səbəbindən İsveçrədən ABŞ-a gec qayıdıb

17.01.2024 21:49 64 baxış
IMG

ABŞ dövlət katibi Antoni Blinken təyyarənin xarab olması səbəbindən İsveçrədən ABŞ-a gec qayıdıb.

“Report” xarici KİV-ə istindən xəbər verir ki, dövlət katibi Vaşinqtona qayıtmalı olduğu “Boeing 737” təyyarəsində yaranan texniki problem səbəbindən Ümumdünya İqtisadi Forumunda iştirak etdiyi İsveçrəni planlaşdırıldığı kimi tərk edə bilməyib.

Təyyarədə oksigen sızması aşkar edilib və onu aradan qaldırmaq mümkün olmayıb.

Ehtiyat uçuşun tutumu az olduğu üçün bir çox amerikalı diplomatlar və mətbuat işçiləri ticarət uçuşları ilə ABŞ-a qayıtmaq məcburiyyətində qalıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti