IMG-LOGO

"Neftçi" Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

13 Jan 2026 18:27 2 baxış
IMG

Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib.

"Report"un məlumatına görə, ilk olaraq 1/8 final mərhələsində "Neftçi" və "Lənkəran" kollektivləri qarşılaşıblar.

Bakı İdman Sarayında baş tutan matçda 86:54 hesablı qələbə qazanan paytaxt təmsilçisi 1/4 finala yüksəlib.

"Neftçi"nin növbəti raunddakı rəqibi "Gəncə" komandası olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Xəbər lenti