IMG-LOGO

"Azneft"in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

13 Jan 2026 18:59 55 baxış
IMG

Hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" xəbər verir ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Mənbə: report.az

Xəbər lenti