Ukrayna Ali Radası müdafiə naziri Denis Şmıqalın vəzifəsindən azad edilməsi ilə bağlı Prezident Volodimir Zelenskinin təqdimatına baxıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səsvermə nəticəsində D. Şmıqalın vəzifəsindən azad edilməsi təsdiqlənib.
Ardınca Ali Rada yeni müdafiə naziri ilə bağlı təqdimata baxıb. Səsvermə nəticəsində, Mixaylo Fedorov yeni müdafiə naziri təyin olunub. O, Ukrayna rəqəmsal naziri vəzifəsində çalışıb. Yeni müdafiə naziri deputatlar qarşısında çıxış edib.