IMG-LOGO

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft yüklənməsini davam etdirir

13 Jan 2026 15:54 3 baxış
IMG

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu terminalında yanalma qurğusu vasitəsilə neft yüklənməsini davam etdirir.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.

"Bu gün Xəzər Boru Kəməri Konsorsiumu terminalında neft yüklənməsi yanalma qurğusu vasitəsilə həyata keçirilir. Texnoloji proses normal rejimdə, akvatoriyada cari hava şəraiti nəzərə alınmaqla aparılır", - məlumatda qeyd edilib.

Nazirlik bildirib ki, əsas prioritet ixrac tədarükünün sabitliyini təmin etmək və saxlama qabiliyyətinin kritik dərəcədə yüklənməsinin qarşısını almaqdır.

"Nazirlik vəziyyəti davamlı olaraq izləməyə davam edir və beynəlxalq tərəfdaşlar eləcə də, konsorsiumun operatoru ilə birbaşa əlaqədədir", - məlumatda bildirilib.

Qeyd edək ki, Rusiyanın Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumu terminalında yükləmə gözləyən iki neft tankeri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Xəbər lenti