IMG-LOGO

Baba Rzayev: "Ötən il azad edilmiş ərazilərdə 750 milyon kV/saat "yaşıl enerji" istehsal edilib"

13 Jan 2026 14:45 4 baxış
IMG

İşğaldan azad edilmiş ərazilərdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat/saat "yaşıl enerji" istehsal edilib.

"Report" xəbər verir ki, bu barədə "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevə yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının (SES) açılışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

B. Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.

O qeyd edib ki, Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib: "Hazırda 22 SES "Azərenerji" tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır".

Xəbər lenti