IMG-LOGO

Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu terminalında neft tankerlərinə dron hücumu olub

13 Jan 2026 14:50 5 baxış
IMG

Rusiyanın Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumu terminalında yükləmə gözləyən iki neft tankeri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Yunanıstanın "Delta Tankers" şirkətinin idarəetməsində olan "Delta Harmony" tankeri "Tengiz" yatağından neft yükləməli idi.

PUA-ların hücumuna məruz qalan "Matilda" tankeri isə "Karçaqanak" yatağından neft yükləməyi planlaşdırırdı.

Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib.

Xəbər lenti