IMG-LOGO

İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr tətbiq olunub

13 Jan 2026 14:55 4 baxış
IMG

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) "İşədüzəlmədə vasitəçilik" modulu istifadəyə verilib.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edilib ki, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər yeni modul vasitəsilə öz fəaliyyətləri, habelə onlara iş üçün müraciət edən şəxslərin və işlə təmin etdikləri şəxslərin sayına dair məlumatları nazirliyə elektron formada təqdim edəcəklər.

Bu da həmin məlumatların operativ və sistemli təqdim edilməsinə, qeyd edilən sahədə şəffaflığın təminatına, kağız daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə hesabatlılığın həyata keçirilməsinə xidmət edir.

Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-səhifəsindəki reyestrlər bölməsi (https://dma.gov.az/reyestrler/iseduzeltme-vasitecilerinin-reyestri-661 ) vasitəsilə də keçid edərək ƏMAS-ın bu xidmətindən istifadə edə bilərlər.

Xəbər lenti