IMG-LOGO

Mixael Şumaxer qızının toyunda iştirak edə bilər

17.01.2024 19:13 103 baxış
IMG

Əfsanəvi alman pilot Mixael Şumaxer qızı Cina-Mariyanın toy mərasimində iştirak edə bilər.

Lent.az bildirir ki, bu barədə “Corriere della Sera” xəbər verir.

Mənbənin sözlərinə görə, Cina-Mariya 2024-cü ilin yayında sevgilisi Yan Betke ilə evlənəcək. Mərasim Mayorkada (İspaniya) keçiriləcək və Mayklın 2013-cü ildə zədələndikdən sonra iştirak edəcəyi ilk tədbir olacaq.

Kənar şəxslərin iştirakının qarşısını almaq üçün tədbirdə ciddi təhlükəsizlik tədbirləri görüləcəyi bildirilir.

Xatırladaq ki, 2013-cü ildə Şumaxer xizək sürərkən ağır kəllə-beyin travması almışdı.  

Xəbər lenti