Ötən həftənin cümə günü, Cud Bellinqem “Sent-Endryus” stadionunun tribunasında yerini alıb və bütün stadion alqışlarla qarşılayıb. Klub dərhal "Cud. O, evdədir" başlığı ilə video paylaşıb.
Lent.az-ın xarici mediaya istiadən məlumatına görə, Bellinqemin bu stadiona gəlməsinə “Birminhem”in “Barselona” ilə yoldaşlıq oyunu olub. Lakin axşamın yarısında azarkeşlər meydandakı oyunu deyil, tribunanı izləyiblər.
O, altı il əvvəl eyni stadionu göz yaşları içində tərk edib. 17 yaşında, doğma klubunda son oyununu keçirib və Dortmund “Borussiya”sına transfer olub.
"Emosiyalarımı gizlətməyə çalışdım, amma bəzən bu çətindir. Mən bu klubu sevirəm, azarkeşiyəm. Yeddi yaşımdan bəri bura gəlirəm", - Cud o vaxtlar demişdi.
İdman xəbərləri
Mənbə: lent.az