IMG-LOGO

Avropa çempionu olan qapıçı Türkiyə klubunda

17 Jan 2024 18:41 102 baxış
IMG

“Fatih Karagümrük”  qapıçı Salvatore Siriqu ilə müqavilə imzalayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə komandanın mətbuat xidməti xəbər verir.

37 yaşlı qapıçı mövsümə "Nitsa"da başlayıb və bu komandada bir oyunda belə meydana çıxmayıb.

Siriqu İtaliya ilə 2020-ci ildə Avropa çempionu, PSJ ilə isə Fransa çempionatının dördqat qalibidir. O, “Torino”, “Palermo”, “Cenoa” və digər klublarda da çıxış edib.

 

Xəbər lenti