IMG-LOGO

Timsah azyaşlı qızı qardaşlarının gözü önündə parçaladı

17.01.2024 15:32 53 baxış
IMG

İndoneziyada timsah böyük qardaşları ilə balıq tutmağa gedən qıza hücum edərək onu öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yırtıcının hücumu yanvarın 10-da Cənub-Şərqi Sulavesi əyalətinin Lemoambo kəndi yaxınlığında baş verib. Doqquz yaşlı Desi böyük qardaşları ilə balıq tutmağa gedib. Onlar balıq tutarkən qız sahildə oynayıb.

Birdən timsah sudan tullanıb və qardaşlarının gözü qarşısında onu tutub. Onlardan biri Desiyə kömək etməyə çalışsa da, yırtıcı onu sürətlə çayın ortasına sürükləyib. Tezliklə digər kənd sakinləri qışqırıqlara qaçıblar. Onlar ağzında azyaşlı qız olan timsahın necə üzərək uzaqlaşdığını, sonra isə buzun altına girdiyini görüblər. Bu anda uşaq artıq tərpənməyib.

Hadisə yerinə Milli Xilasetmə və Axtarış Agentliyinin əməkdaşları gəlib. Altı saat sonra onlar Desinin qalıqlarını hadisə yerindən təxminən bir kilometr aşağıda aşkar ediblər. Hakimiyyət orqanlarının aqressiv sürünənləri ələ keçirmək üçün tədbirlər görüb-görməyəcəyi hələlik məlum deyil.

Xəbər lenti