IMG-LOGO

Estoniya rusca təhsilin maliyyələşdirilməsini dayandırmağı planlaşdırır

17.01.2024 05:47 50 baxış
IMG

Estoniya hökuməti ölkədə rusdilli təhsilin maliyyələşdirilməsini dayandırmağı planlaşdırır. Tallinn tamamilə eston dilində təhsilə keçmək istəyir.

“Report” TV3 telekanalına istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas bildirib.

Parlament üzvləri vahid eston məktəbinə keçidin müxtəlif aspektləri ilə bağlı 11 sual veriblər. Kallas vahid eston məktəbinə keçid zamanı vəziyyəti və hökumətin hərəkətlərini izah edib.

“Doğru olan konstitusiyada yazılandır: Estoniyanın dövlət dili eston dilidir və hər kəsin eston dilində təhsil almaq hüququ var”, – Baş nazir vurğulayıb.

Kallas qeyd edib ki, hökumət estoniyalı uşaqları ruslaşdırmaq niyyətində deyil. O əlavə edib ki, hökumət rusdilli təhsilin maliyyələşdirilməsini dayandırmaq və vahid eston dilində təhsilə keçmək niyyətindədir.

O həmçinin vurğulayıb ki, vahid eston dilində təhsilə keçidin məqsədi bütün estoniyalıların vahid informasiya məkanında olması, Estoniyada eston dilini öyrənməsi və getdikcə daha çox insanın eston dilindən istifadə etməsidir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti