Fransa və Ukrayna NATO-nun Vilnüs sammitindən sonra üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq yaxın həftələrdə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirdiyi mətbuat konfransında deyib.
“Avropalı və britaniyalı tərəfdaşlarımızla sıx təmasdayıq. Yaxın həftələrdə hazır olacaq ikitərəfli sazişi yekunlaşdırırıq. O, zəmanət (təhlükəsizlik – red.) elementlərini ehtiva edir”, – dövlət başçısı qeyd edib.
Bizim WhatsApp kanalımıza abunə olun