IMG-LOGO

ABŞ Yəmənə zərbələr endirib

16.01.2024 23:52 130 baxış
IMG

ABŞ ordusu Yəməndə husi üsyançılarının nəzarətində olan ərazilərdəki dörd gəmi əleyhinə ballistik raketi məhv etmək üçün Yəmən ərazisinə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə hücum edib. ABŞ Prezidenti Co Bayden bildirib ki, zərbələr husilərin Qırmızı dənizdə misli görünməmiş hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır. Aviazərbələrin hədəfləri raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin husilərin radiolokasiya stansiyaları olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti