IMG-LOGO

Latviya Ukraynanı PUA-larla təmin etmək üçün 20-yə yaxın ölkədən ibarət koalisiya toplayıb

16.01.2024 18:17 51 baxış
IMG

Latviya Ukraynanı minlərlə yeni pilotsuz uçuş aparatı (PUA) ilə təmin etmək üçün 20-yə yaxın ölkədən ibarət koalisiya toplayıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

Onun sözlərinə görə, koalisiyanın əsas məqsədi Kiyevi mümkün qədər çox PUA ilə təmin etməkdir.

Nazir qeyd edib ki, koalisiya üzrə tərəfdaş ölkələrin sayı 20-yə yaxınlaşır. O, layihənin əlavə təfərrüatlarını açıqlamayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti