Norveç Nobel Komitəsi Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatından ABŞ prezidenti Donald Trampa imtina etmək tələbini rədd edib.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Qeyd olunub ki, Norveç Nobel Komitəsi Nobel Fondunun nizamnaməsinə istinadən bildirib ki, mükafat elan edildikdən sonra onu ləğv etmək, paylaşmaq və ya başqalarına vermək olmaz.
Bəyanatda mükafatın verilməsi qərarının qəti olduğu, apellyasiyaya tabe olmadığı vurğulanıb və komitənin mükafatı aldıqdan sonra mükafat alanların hərəkətləri və ya ifadələri barədə şərh vermədiyi qeyd edilib.