IMG-LOGO

Tailandda kater qəzasında bir nəfər həlak olub, 19 nəfər xəsarət alıb

11 Jan 2026 11:01 5 baxış
IMG

Tailandın Phuket adası yaxınlığında, Andaman dənizində baş verən kater qəzasında bir qadın həlak olub, 19 turist xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Thairath" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təsdiqlənmiş qurban 18 yaşlı rus turist Yelizaveta Starıxdır.

Phuket vilayət hakimiyyətinin məlumatına görə, səhər tezdən turistlərlə dolu qayıq açıq dənizdə digər qayıqla toqquşub. Qayıqda ümumilikdə 40-a yaxın turist və heyət üzvü olub.

Xəbər lenti