IMG-LOGO

Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib

16.01.2024 15:18 49 baxış
IMG

ABŞ Ukraynaya dəstəyinin davamlı olacağını bildirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

O, ABŞ Konqresində yeni maliyyənin təsdiqlənməsi ilə bağlı mübahisələrə baxmayaraq, Ukraynaya dəstəyin davamlı olacağına söz verib: “Biz Ukraynaya dəstəyimizi davam etdirmək əzmindəyik. Bunun üçün Konqreslə sıx işləyirik.”

Qeyd edək ki, ABŞ daha əvvəl Ukraynaya dəstəyin dayandırıldığını bəyan etmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti