Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreyalararası məsələlərlə məşğul olan departamentləri ləğv edir.
“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
“Şimali Koreya Koreyalararası məsələlərlə məşğul olan departamentləri ləğv edir”, - bəyanatda deyilir.
Eyni zamanda iqtisadi əməkdaşlığa cavabdeh qurum, eləcə də Cənubi Koreyanın Kumqanq dağında turizm layihəsini hazırlayan agentlik də ləğv edilib.
Bu qərar Şimali Koreya lideri Kim Çen Inın Cənubi Koreyanın konstitusiyada bir nömrəli düşmən ölkə kimi göstərilməsinə dair bəyanatı ilə əlaqədar qəbul edilib.
Bizim Telegram kanalımıza abunə olun