IMG-LOGO

BMT-nin Baş katibi: “Qırmızı dənizdəki vəziyyət tezliklə nəzarətdən çıxa bilər”

15 Jan 2024 23:00 182 baxış
IMG

“Qırmızı dənizdə gərginlik çox yüksək səviyyədədir və vəziyyət tezliklə nəzarətdən çıxa bilər”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Baş katibi Antoniu Quterreş məlumat verib.

“Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və tezliklə onu cilovlamaq mümkün olmayacaq”-deyə, o bildirib.

Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalardan ciddi narahatlığını ifadə edib:

“Atışmalar İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir göstərəcək. Tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıram”.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti