Yaponiyanın xarici işlər naziri Kamikava Yoko yanvarın 16-da Türkiyəyə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlıdır.
K.Yoko səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Bizim WhatsApp kanalımıza abunə olun