Davosda keçiriləcək Dünya İqtisadi Forumunda dünya liderləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-dan 20 dəfə çox insanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan "X" pandemiyasının qarşısının alınması strategiyalarını müzakirə edəcəklər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, X xəstəliyi 2017-ci ildən ÜST-nin diqqətini çəkib.
Mütəxəssislər SARS və MERS kimi digər viruslarla təcrübəyə əsaslanaraq, qlobal əməkdaşlığa və vaksinoloji tədqiqatların gücləndirilməsinə çağırırlar.
Elmi paradoks ondan ibarətdir ki, mövcud virus ailələri haqqında nə qədər çox öyrənsək, gələcəyin naməlum viruslarına bir o qədər yaxşı hazırlaşacağıq. Davos həmçinin epidemiyalara hazırlıq üçün elmi çərçivənin yaradılmasını müzakirə edəcək, X xəstəliyi pandemiyasının uğurla qarşısını almaq üçün qlobal əməkdaşlığın və resurs mübadiləsinin vacibliyini vurğulayacaq.