Fransada minlərlə insan ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi “Miqrasiya qanunu”nun ləğvi tələbi ilə etiraz aksiyası keçirib.
“Report” xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
“İmmiqrasiya qanunu irqçidir. Biz bunu istəmirik, onunla mübarizə aparırıq”, - nümayişçilər şüarlar səsləndiriblər.
400-dən çox kollektiv, assosiasiyalar, birliklər və siyasi partiyalar “həddindən ifrat sağ ideyaları özündə cəmləşdirən” mətnə qarşı nümayişlərə çağırıb.
Parlamentin dekabrın 19-da qəbul etdiyi qanun əcnəbilərə sosial müavinətlərin ödənilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, miqrasiya kvotalarını müəyyən edir, torpaq qanunvericiliyinin avtomatlaşdırılmasını şübhə altına alır və “qanunsuz yaşamaq cinayətini” bərpa edir.
Yeri gəlmişkən qeyd edək ki, Fransa 2023-cü ildə qanunu pozmuş 4 686 əcnəbini ölkədən çıxarıb. Bu rəqəm 2022-ci ilin müvafiq göstəricisindən 30 % çoxdur.
2022-ci ildə Fransa hakimiyyəti 3 615, 2021-ci ildə isə 1,8 min əcnəbini ciddi qanun pozuntusu olmadan ölkədən çıxarıb.
Bizim WhatsApp kanalımıza abunə olun