IMG-LOGO

Qvatemala Prezidentinin andiçməsi deputatların gəlməməsi səbəbindən yubanır

15.01.2024 05:00 89 baxış
IMG

Qvatemalanın yeni seçilmiş Prezidenti Bernardo Arevalonun andiçmə mərasimi respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat yubanır.

“Report” xəbər verir ki, bu barədə yerli “Prensa Libre” qəzeti məlumat yayıb.

Məlumata görə, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edib ki, onun rəqibləri mərasimi qəsdən yubandırırlar. "Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə borcludurlar. Demokratiya qanunsuzluq, cılızlıq və hakimiyyətdən sui-istifadə ilə sarsılır. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu izləyir", - o, “X” hesabında yazıb.

Arevalonun tərəfdarları Qvatemalanın küçələrinə toplaşaraq, mərasimin başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkilərin nəticələrinin təsdiqinə mane olan Respublika Baş Prokurorluğunun əleyhinə bəyanatlar səsləndiriblər.

Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, Latın Amerikasının bir sıra ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri gəliblər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti