Türkiyənin Antalya vilayətində bir çox fermerlər tropik meyvələrin yetişdirilməsinə üstünlük verir.
Lent.az xəbər verir ki, son günlər bir çoxları həttda pomidor istixanalarını sökərək manqo bağı salır.
Üç il əvvəl əkilən ağaclar artıq meyvə verməyə başlayıb.
Ağac tinglərinin bir ədədi 500-1000 türk lirəsinə (28-56 manat) təklif edilir.
Qərbi Aralıq dənizi İxracatçılar Birliyinin sədri Ümit Mirzə Çavuşoğlu "Anadolu" agentliyinə bildirib ki, istehsal sahələrinin genişlənməsi ilə tropik meyvələrin ixrac payı artıb.
Bu məhsullardan birinin də manqo olduğunu deyən Çavuşoğlu, meyvənin istehsal sahəsinin keçən ilə nisbətən təxminən 3 dəfə artdığını qeyd edib:
"Hər bir məhsul üçün əvvəlcə daxili bazarın tələbatı ödənilir, sonra ixrac prosesi başlayır. Manqo ixracı ölkə üzrə 1 milyon 600 min dollardır. Təbii ki, bu, hələ başlanğıcdır. Lakin hasilatın artması ilə ixracın da artacağını görürük" .
Hazırda Türkiyə bazarında manqo 150 lirəyə (8 manat) satılır.