IMG-LOGO

Lava şəhərə axdı, evlər yandı - YENİLƏNİB

14.01.2024 22:01 63 baxış
IMG

İslandiyanın Reykjanes yarımadasında vulkan püskürməsi nəticəsində lava axını Qrindavik şəhərindəki evlərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisədə iki ev yanıb.

Ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi səhər saatlarında başlayıb.

Bölgədə fövqəladə vəziyyət elan edilib.

Qrindavik sakinləri ötən gecə təxliyə edilib.

Vəziyyətlə bağlı Qudni Yohannesson xalqa müraciət edəcək.

İslandiyada 33 aktiv vulkan sistemi var. 2021-ci ildən bəri Reykjanes yarımadasında dörd püskürmə baş verib.

***

Saat 17:15

İslandiyada Qrindavik şəhəri yaxınlığında yenidən vulkan püskürüb.

Lent.az-ın RUV telekanalına istinadən verdiyi xəbərə görə, vulkan yerli vaxtla saat 03.00-da püskürüb.

İslandiya Meteoroloji Bürosu Qrindavik şəhərinin şimalından başlayan bəndin hər iki tərəfində çatlar yarandığını açıqlayıb.

Qeyd edək ki, Qrindavik şəhərinin əhalisi keçən ilin noyabrında evakuasiya edilib. Dekabrda vulkan püskürüb, ancaq lava şəhər istiqamətində axmayıb.

 

Xəbər lenti