Cümə günü Çinin mərkəzində kömür mədənində baş vermiş qəzada həlak olan 13 işçinin meyiti çıxarılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mədəni sahibi “Tianan Coal Mining” şirkətinin nümayəndəsi məlumat verib.
Hadisə Pekin vaxtı ilə saat 14:55-də Pindinşan şəhərində (Mərkəzi Çinin Henan əyaləti) kömür mədənində baş verib.
İlkin məlumata görə, səbəb qaz və kömürün buraxılması olub. Daha üç şaxtaçı itkin düşüb.
Xilasetmə işləri davam edir, hadisə ilə bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun