IMG-LOGO

ABŞ Konqresi hökumətin maliyyələşdirilməsinin müvəqqəti uzadılmasını dəstəkləyib

14.01.2024 03:43 61 baxış
IMG

ABŞ Konqresi hökumətin maliyyələşdirilməsinin müvəqqəti uzadılmasını dəstəkləyib.

Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, özündə ABŞ hökumətini mart ayına qədər maliyyələşdirilməsini nəzərdə tutan kompromis qanun layihəsi gələn həftə Konqres tərəfindən qəbul edilə bilər.

Aşağı palatanın spikeri Mayk Consonun əvvəllər belə bir təklifi rədd etməsinə baxmayaraq, Nümayəndələr Palatasının və Konqres Senatının liderləri maliyyələşmənin uzadılması təşəbbüsü layihəsini razılaşdırıblar.

Qanunvericilər bunu yanvarın 19-dan əvvəl, bəzi dövlət proqramları və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil-tikinti məsələləri ilə məşğul olanların işinin davamlı maliyyələşdirilməsi haqqında qanunun müddəti bitənə qədər etməlidir.

Əgər bu vaxta qədər ABŞ hökumətinin qanunvericilik və icraedici orqanları yeni analoji sənəd qəbul etməsələr, o zaman adı çəkilən nazirliklər və idarələr pul çatışmazlığı səbəbindən işləri dayandırmağa məcbur olacaqlar. Digər şöbə və proqramların işinin maliyyələşdirilməsi fevralın 2-dək uzadılıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti