IMG-LOGO

Çin Xarici İşlər Nazirliyi Tayvan məsələsini ölkənin daxili işi adlandırıb

14.01.2024 04:13 59 baxış
IMG

Tayvan məsələsi adadakı dəyişikliklərdən asılı olmayaraq Çin Xalq Respublikasının daxili işidir, dünyada yalnız bir Çin var və Tayvan onun bir hissəsidir.

“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Tayvanda dəyişikliklərin baş verməsinə baxmayaraq, dünyada yalnız bir Çinin olması və Tayvanın Çinin bir hissəsi olması əsas faktı dəyişməyəcək.

Qeyd olunub ki, “Vahid Çin” prinsipi Tayvan boğazında sülh və sabitlik üçün möhkəm təməldir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti