Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraq şimalında və Suriyada hava əməliyyatı həyata keçirilib.
Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar da daxil olmaqla 25 obyekt məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir”, - deyə məlumatda bildirilir.
Bizim WhatsApp kanalımıza abunə olun